BMT Liviya münaqişəsi ilə bağlı toplantıların nəticəsiz qaldığını bildirib

BMT Liviya münaqişəsi ilə bağlı toplantıların nəticəsiz qaldığını bildirib

BMT Liviyada birgə komissiyanın işinin nəticəsiz qaldığını bildirib və tərəfləri siyasi böhranın və qarşıdurmanın dayandırılmasına çağırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin xüsusi müşaviri Stefani Vilyams bazar ertəsi günü Misirin paytaxtı Qahirədə Liviya işi üzrə Birgə Komissiyanın iclasının ölkənin konstitusiya layihəsindəki mübahisəli məqamları aradan qaldıra bilmədiyini açıqlayıb.

Vilyams mətbuat konfransında deyib:

"Müştərək komissiya Liviya konstitusiya layihəsindəki mübahisəli maddələrlə bağlı irəliləyişlər əldə etsə də seçkilərə gətirib çıxaracaq keçid dövrünün idarə edilməsi ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.”

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının baş katibinin xüsusi müşavirinin bu açıqlamaları, “5+5 Birgə Hərbi Komissiya”nın Qahirədəki işinin son raundunun ardınca deyilib.

Bildirək ki, artıq bir neçə ildir Liviyanın paytaxtı Tripoli də daxil olmaqla bir sıra sahil və Qərb əyalətləri Milli Qurtuluş Hökumətinin, ölkənin qalanı isə parlamentin və general Xəlifə Haftarın dəstəklədiyi hökumətin nəzarətindədir.

Xəbəri paylaş

VİDEOLAR