BMT: İsrailin Qəzzaya hücumları hərbi cinayət hesab oluna bilər

BMT: İsrailin Qəzzaya hücumları hərbi cinayət hesab oluna bilər

Sionist İsrailin Qəzzada törətdiyi vəhşiliklər hərbi cinayətə bərabrdir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib ki, İsrailin Qəzzaya mülki şəxslərin ölümü ilə nəticələnən raket hücumları hərbi cinayət kimi təsnif edilə bilər. 

Xanıç Baçelet deyib: "Əgər bu cür hücumların ayrı-seçkilik edilmədən həyata keçirildiyi təsdiq edilərsə, onları müharibə cinayətləri kimi təqdim edə bilərik".

Onun sözlərinə görə, Ali Komissarlıq İdarəsi hücumların hərbi hədəflərə endirildiyinə dair heç bir dəlil tapmayıb. 

İsrailin Qəzzəyə hücumunun dərin narahatlıq doğurduğunu deyən BMT rəsmisi bvurğulayıb ki, Qəzzada vurulan binaların öncədən hərbi məqsədlər üçün istifadə edilməsi isbatlanmayıb.

Qeyd edək ki, İsrailin Qəzzaya qarşı hücumunda 254 nəfər şəhid olub ki, onların 65-i uşaq, 37-i isə qadındır.

Xəbəri paylaş

VİDEOLAR