BMT İsraili beynəlxalq hüquq normalarına riayət etməyə və işğal altındakı Fələstin torpaqlarındakı evlərin dağıdılması və onların sakinlərinin zorla köçürülməsinə son qoymağa çağırıb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərq üzrə nümayəndəsi Tor Vennesland bildirib.
Həmçinin BMT-nin işğal altında Fələstin torpaqlarındakı hümanitar məsələlər üzrə koordinatoru Linn Hastinqs xəbərdarlıq edib ki, İsrail tərəfindən fələstinlilərin evlərinin sökülməsi və sakinlərinin köçürülməsinə dair verilən göstərişlər fələstinlilərin məcburi köçürülməsinə səbəb olur və BMT Təhlükəsizlik Şurasının (TŞ) məcburi köçürməyə dair qətnamələrinin və beynəlxalq hüququn pozulmasına bərabər tutula bilər.