BMT İsraili beynəlxalq məsuliyyətə cəlb etməyə çağırıb

BMT İsraili beynəlxalq məsuliyyətə cəlb etməyə çağırıb

Link İsraili beynəlxalq məsuliyyətə cəlb etməyə dair çağırış edib.

Rasthaber Azərbaycan xəbər verir ki, BMT-in Fələstin torpaqlarındakı insan haqları üzrə xüsusi məruzəçisi Maykl Link İordan çayının Qərb sahilinin şimal-şərqində Xımsa əl-Bəqiyyədə fələstinlilərin evlərinin İsrail tərəfindən dağıdılmasını pisləyib.

Link İsraili beynəlxalq məsuliyyətə cəlb etməyə dair çağırış edib.

BMT rəsmisi İsrailin hərəkətlərini qeyri-qanuni və qəddar adlandırıb və dünya ictimaiyyətini İsrailə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, İsrail qüvvələri 7 iyulda fələstinlilərin sözügedən ərazidə 27 yaşayış yerini, 38 həyətyanı sahəsini və su anbarını dağıdıb, onların mülklərini müsadirə edib.

İsrailin bu hərəkətləri nəticəsində 35-i uşaq olan 70 nəfərdən ibarət 11 ailə yaşayış yerindən məhrum olub.

Xəbəri paylaş

VİDEOLAR