BMT: İsrail irqi ayrı-seçkilik siyasəti yürüdür

BMT: İsrail irqi ayrı-seçkilik siyasəti yürüdür

Beynəlxalq Amnistiya Təşkilatı, BMT-nin Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Maykl Linkin işğal olunmuş Fələstin torpaqlarında irqi ayrı-seçkilik siyasətinin artması ilə bağlı BMT İnsan Haqları Şurasına hesabat təqdim etdiyini bildirib.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, təşkilatın internet saytında, Yaxın Şərq və Şimali Afrika Proqramının direktor müavini Salih Hicazinin; “Hesabat tərəfindən aşkar edilən məlumatlar, İsrail administrasiyasının Fələstin xalqına qarşı aparteid siyasəti ilə bağlı dünya miqyasında görüş birliyinin artırılması baxımından əlavə məlumatlar verir.", - deyə bildirdiyi qeyd olunub.

Hicazi həmçinin vurğulayıb ki, hesabat İsrailin sırf irqçilik zəminində, fələstinlilərə zülm etmək və yəhudi hakimiyyətini daimi etmək üçün necə bir sistem qurduğunu və bunu insan haqlarının pozulması ilə davam etdirdiyini ortaya çıxarıb.

Hesabat, beynəlxalq ictimaiyyəti və İsraillə əməkdaşlıq edən ölkələri, İsrailin irqçi zülmü və hökmranlığını qoruyub saxlamaq üçün əl atdığı qeyri-insani əməllərə haqq qazandırmağa çalışan bəhanələri dayandırmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR