BMT-nin İraq üzrə nümayəndəsi ölkədə hökumətin formalaşdırılması istiqamətində aparılan danışıqların dalana dirənməsi və siyasi böhranın davam etməsi ilə bağlı xəbərdarlıq edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, BMT-nin İraq üzrə rəsmi nümayəndəsi Hennis Plasxart ölkədə yeni hökumətin formalaşdırılması istiqamətində yeddi aydır aparılan danışıqların nəticəsiz qalması və yeni siyasi böhranla bağlı xəbərdarlıq edib.
O, bildirib ki, siyasi böhran ölkədə xalqın qəzəbini artıra və nəzarətə götürülməyəcək həddə çata bilər.
Plasxart, həmçinin Ərbilə raketlərin atılmasını, eləcə də ölkədə “raket diplomatiyası”nı tənqid edib və sözügedən vəziyyətin bitməsini istəyib.
Qeyd edək ki, İraqda son parlament seçkiləri ötən ilin payızında keçirilib, lakin hələ də öndə gedən siyasi qüvvələr hökumət formalaşdıra bilməyiblər.