BMT İranın narkomaddələrlə mübarizədəki səylərini yüksək dəyərləndirir

BMT İranın narkomaddələrlə mübarizədəki səylərini yüksək dəyərləndirir

BMT-nin narkotik maddələr və cinayətlə mübarizə ofisinin icra müdiri Vyanada İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mohsen Bəharvənd ilə görüşüb

BMT-nin narkotik maddələr və cinayətlə mübarizə ofisinin icra müdiri Vyanada İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mohsen Bəharvənd ilə görüşdə İranın narkotik maddələr və onunla bağlı cinayətlərlə mübarizə sahəsindəki geniş tədbirlərini alqışlayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadəxəbər verir ki, Qəda Vali BMT-nin narkotik maddələr və insan alveri ilə mübarizə istiqamətində İranla həmkarlıqlarını gücləndirməyə hazır olduğunu bildirib. O, deyib: İran BMT-nin narkotik maddələr və cinayətlə mübarizə ofisi üçün mühüm bir ölkədir və narkotik maddələr və onunla bağlı cinayətlərlə mübarizə sahəsində geniş tədbirlər görürbdür.

Mohsen Bəharvənd də bu görüşdə İranın narkomaddələrlə mübarizə sahəsində düçar olduğu maliyyə və insani xəsarətlərə işarə ilə/ dünya ictimaiyyətinin və BMT-nin narkotik maddələr və cinayətlə mübarizə ofisinin narkotik maddələr probleminə və İran kimi ölkələri himayə üzrə imkan və mənbələrin gücləndirilməsinə daha ciddi diqqət yetirmələrini istəyib.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini həmçinin qanunsuz və birtərəfli sanksiyaları tənqid edərək, bu sanksiyaların narkomaddələrlə mübarizə imkanlarına olan təsirindən danışıb və bu cür zalımcasına sanksiyaların aradan qaldırılması üzrə səylərin göstərilməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR