Əfqanıstanın şərqində yerləşən Qəndəhar əyalətində son bir neçə gündə çox sayda uşaq qətlə yetirilib və yaralanıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə BMT-in Uşaq Fondu (UNICEF) məlumat verib.
Qeyd edilib ki, şənbə, bazar və bazar ertəsi günlərində 27 uşaq öldürülüb, 136-sı isə yaralanıb.
“Bu, sadəcə rəqəm deyil. Bu ölümlərdən hər biri və bu fiziki iztirablardan hər biri şəxsi faciədir. Bu uşaqlar öz əzizləri tərəfindən olduqca sevilirdi”, – deyə bildirilib.
“Bu cinayətlər Əfqanıstandakı zorakılığının vəhşi mahiyyəti və genişliyinin dəlilidir və onsuz da müdafiəsiz olan uşaqlar onun ilk qurbanına çevrilir”, – deyə əlavə edilib.
Təşkilatdan deyilib ki, uşaqlar Əfqanıstandakı silahlı münaqişənin şiddətlənməsinə görə uşaqlar əziyyət çəkməməlidirlər.
“Yalnız (münaqişənin) tam dayanması Əfqanıstan uşaqlarını qoruya bilər. Münaqişə davam etdikcə uşaqların inkişaf hüququ təhdid altında qalacaq”, – deyə qeyd edilib.
Griffiths də yaydığı yazılı açıqlamada əfqan uşaqlar, qadınlar və kişilərinin əziyyət çəkdiyini və hər gün şiddət, etibarsızlıq və qorxu içində yaşamaq məcburiyyətində qaldıqlarını bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Baş Katibinin Köməkçisi və Fövqəladə Hallar Koordinatoru Martin Griffiths yaydığı yazılı açıqlamada əfqan uşaqlar, qadınlar və kişilərinin əziyyət çəkdiyini və hər gün şiddət, etibarsızlıq və qorxu içində yaşamaq məcburiyyətində qaldıqlarını bildirib.
M. Griffiths deyib: "Qadınların sağ qalması və əsas insan hüquqları ilə bağlı ciddi narahatlıqlar var. İqlim şokları və yeni növ koronavirus (Covid-19) epidemiyası ilə Əfqanıstanda 40 illik müharibə əhalinin demək olar ki, yarısını təcili yardıma möhtac hala gətirdi.