BMT-dən Yəmənlə bağlı bəyanat

BMT-dən Yəmənlə bağlı bəyanat

Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәndәki humanitar vәziyyәtin pislәşdiyini vә insanların ciddi risklәrlә üzlәşdiyini açıqlayıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında Marib şәhәrindәki vәziyyәtә diqqәt çәkib.

Maribdәki qarşıdurmaların intensivlәşdiyini bildirәn Stefan Dujarik qarşıdurmalar sәbәbindәn fevral ayından etibarәn 15 min insanın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını deyib.

Ölkәdә 20,7 milyon insanın humanitar yardıma möhtac olduğunu bildirәn Stefan Dujarik çox sayda adamın da qıtlıq riski ilә üz-üzә olduğını qeyd edib.

Stefan Dujarik bütün tәrәflәrә atәşkәslә bağlı çağırış da edib.

Uzun müddәtdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Qeyd edәk ki, ölkәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Ölkәdә tәxminәn 6 ildir davam edәn qarşıdurmalar nәticәsindә minlәrlә adam hәyatını itirib.

 

Xəbəri paylaş

VİDEOLAR