Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanında uşaq edamlarını pisləyərək, Səudiyyəni edam cəzasının ləğvi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin xüsusi məruzəçiləri Səudiyyə Ərəbistanına göndərdikləri məktubda, 18 yaşından kiçik uşaqların edam edilməsini pisləyərək, Ər-Riyadın 1996-cı ildə təsdiqlədiyi Uşaq Hüquqları Konvensiyasının 37-ci maddəsinin Səudiyyə Ərəbistanını ölüm hökmünü ləğv etməyə məcbur etdiyini bəyan edib.
BMT-nin Xüsusi Məruzəçiləri, uşaqların ölümə məhkum edilməməli və ya özbaşına həbs edilməməli olduğunu bildirərək, bu hərəkətlərin mövcud beynəlxalq hüququn normalarını pozduğunu vurğulayıblar.
Bu arada, bir sıra beynəlxalq insan haqları təşkilatları Səudiyyə Ərəbistanı qanunlarındakı boşluğun, səudiyyəli hakimlərə uşaqlara ölüm hökmü çıxarmağa davam etməsinə imkan verəcəyindən narahatlığını bildirib.
Səudiyyənin hüquq sistemi insan haqları müdafiəçiləri və xarici sərmayəçilər tərəfindən ciddi şəkildə tənqid edilib. Ər-Riyadın iddialarına baxmayaraq, o, 2020-ci ildə ölüm cəzası tətbiq etməkdən və uşaqları edam etməkdən əl çəkməyib.
Xatırladaq ki, 2021-ci ilin iyun ayında Səudiyyə Ərəbistanının Qətif şəhərindən olan Mustafa Dərviş adlı gənc edam edilib.