BMT-dən Qәzzadakı humanitar vәziyyәtlә bağlı xəbərdarlıq

BMT-dən Qәzzadakı humanitar vәziyyәtlә bağlı xəbərdarlıq

Gələn ayın ortalarına qədər Qəzzadakı əhalinin yarısının aclıq və ölümlə üzləşəcəyi təxmin edilir.

Az.rasthaber.com xəbər verir ki, Qərargahı İtaliyanın paytaxtı Romada yerləşən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramı (WFP) 2024-cü ilin iyun-oktyabr ayları üçün aclıq böhranının yaşandığı yerlərə dair erkən xəbərdarlıq hesabatını dərc edib.

Hesabatda aclıq böhranlarının ən çox rast gəlindiyi 18 bölgədə kəskin qida çatışmazlığının daha da artacağı, aclığın qarşısının alınması üçün xüsusilə Qəzza və Sudanda təcili yardıma ehtiyac olduğu vurğulanıb.

Hesabatla bağlı keçirilәn mәtbuat konfransında Mali, Fələstin, Cənubi Sudan və Sudandakı vəziyyətin narahatlıq doğurduğu bildirilib.

Mәtbuat konfransında bu ifadәlәrә yer verilib: "Fələstində davam edən münaqişənin onsuz da kritik olan humanitar vәziyyәti, qıtlıq vә ölümlәrlә yanaşı, Qәzza zolağındakı әhalinin yurd-yuvalarından didәrgin düşmәsi ilә daha da pislәşәcәyi gözlәnilir’’.

Xəbəri paylaş

VİDEOLAR