Yəməndə bu il 16 milyondan çox insan aclıqdan əziyyət çəkəcək.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə BMT-in Humanitar Agentliyi xəbərdarlıq edib.
Bildirilib ki, artıq təxminən yarım milyon insan müharibənin dağıtdığı ölkədə aclıqdan əziyyət çəkir.
Qeyd edilib ki, ən yoxsul ərəb ölkəsində irimiqyaslı aclıq təhlükəsi “heç vaxt bu qədər kəskin olmayıb” və əlavə edilib ki, illərdir davam edən müharibə, iqtisadi tənəzzül və institusyon iflas bütün sektorlarda olduqca böyük humanitar tələbatın yaranmasına gətirib çıxarıb.
BMT Baş katibi Antoniu Quterreş Yəmənə bu il 3,85 milyard dollar yardımın edilməsi xahişi ilə çıxış edib.
Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.