Birləşmiş Millətlər Təşkilatı (BMT), İsraili sərhəd qapılarını açmağa çağırdı ki, müalicəyə ehtiyacı olan fələstinlilər Qəzzanı tərk edə bilsinlər.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, BMT Baş Katibinin sözçüsü Stephane Dujarric gündəlik mətbuat brifinqində bu barədə danışıb. Qeyd edib ki, Ərez (Beyt Hanun) sərhəd-keçid məntəqəsi beynəlxalq humanitar işçilər üçün açıqdır, lakin 11 may tarixindən bəri Fələstinli humanitar işçilər və müalicə üçün Qəzzadan çıxmaq istəyənlərə icazə verilmir. Bu səbəbdən müalicəyə ehtiyacı olan fələstinlilər çətin vəziyyətlə üz-üzə gəliblər. İsrail Qəzzaya açılan bütün sərhəd qapılarını dərhal açmalıdır.
Xatırladaq ki, İsrail Kerm Əbu Səlim və Beyt Hanun (Erez) sərhəd qapılarından yalnız humanitar yardımların keçidinə icazə verir.