Quterres BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvünün nümayəndələrini görüşə çağırıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Quterresin çağırışının təxliyyə işlərinin davam etdiyi Əfqanıstanın paytaxtı Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanına yaxın ərazidə dünən törədilən partlayışlardan sonraya təsadüf etdiyinə diqqət çəkilir.
Bu səbəbə görə yığıncaqda Əfqanıstandakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olununr.
BBC, yüksək səviyyəli bir səhiyyə işçisinə istinad etdiyi xəbərində dünən axşam radələrində törədilən partlayışda ən az 60 adamın öldüyünü və 140 nəfərin isə yaralandığını bildirərkən, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban, Kabil hava limanında törədilən terror aktında ölən ABŞ əsgərlərinin sayının 13 -ə yüksəldiyini açıqlayıb. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.