BMT baş katibi İsrailə çağırış etdi; Təhlükəsizlik Şurasından təcili toplantı

BMT baş katibi İsrailə çağırış etdi; Təhlükəsizlik Şurasından təcili toplantı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi günü işğal olunmuş Qüds və Şeyx Cərrah məhəlləsində yaşanan hadislər barədə toplantı keçirəcək.

Rasthaber Azərbaycan xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi günü işğal olunmuş Qüds və Şeyx Cərrah məhəlləsində yaşanan hadislər barədə toplantı keçirəcək.

Beytül-Müqəddəsdə gərginliyin artması və sionist rejim hərbçilərinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsində fələstinlilərə hücum etməsi fonunda xəbər mənbələri BMT Təhlükəsizlik Şurasının bazar ertəsi günü bu məsələni müzakirə etməyi planlaşdırdığını bildiriblər. 

Toplantıya qədər isə Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş İsrailә tәxliyә әmәliyyatlarını dayandırması ilә әlaqәdar çağırış edib.

Antonio Quterreş işğal altındakı Şәrqi Qüdsdә davam edәn hadisәlәr vә fәlәstinli ailәlәrin Şeyx Cәrrah vә Silvan mәhәllәlәrindәn mümkün tәxliyәlәrinә görә narahat olduğunu ifadә edәrәk İsrailә tәxliyә әmәliyyatlarını dayndırması ilә әlaqәdat çağırış edib.

BMT Baş katibinin  Stefan Dujarik vasitәsilә verdiyi açıqlamada İsrail rәsmilәrinin dinc toplanma hüququna hörmәt göstәrmәsinin vacibliyi vurğulanıb.

Quterreş hәmçinin müqәddәs mәkanların status-kvosunun qorunmasının әhәmiyyәtini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR