BMT Baş Katibi İraqdakı terror aktı haqda: Terror sərhəd tanımır...

BMT Baş Katibi İraqdakı terror aktı haqda: Terror sərhəd tanımır...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İraqda bazar yerlərindən birinə edilən bombalı hücumu sərt şəkildə qınayıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Baş Katibliyin verdiyi açıqlamada Quterreşin dinc vətəndaşları hədəf alan dəhşətli hücumu kəskin şəkildə qınadığı bildirilərək, qurbanların ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı verdiyi ifadə edilib.

Açıqlamada cinayət işləyənlərin ən qısa zamanda ədalətə təslim edilməsinin vacibliyinə diqqət çəkilərək, "Qurban bayramı ərəfəsində baş verən bu ölümcül hücum terror bəlasının sərhəd tanımadığını hamımıza xatırladır" ifadələri yer alıb.

Qeyd edək ki, İraqın paytaxtı Bağdadın Sədr bölgəsindəki Əl-Vahilat xalq bazarında bayram ərəfəsində baş verən partlayışda 30 nəfər ölüb, 60 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR