BMT Baş katibi Əfqanıstanda baş verən son hadisələr barədə

BMT Baş katibi Əfqanıstanda baş verən son hadisələr barədə

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İspaniyanın Malaga şəhərində keçirilən sammit zamanı Əfqanıstanda qlobal terrorizmin yenidən artacağı barədə xəbərdarlıq edib.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi İŞİD və Əl-Qaidənin Afrikada yayılmasını və Əfqanıstanda terrorun yenidən canlanmasını qlobal sülh və təhlükəsizliyə artan təhdidlər kimi qiymətləndirərək, onlara ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

O əlavə edib ki, terrorizmə qarşı cavab tədbirləri onun effektivliyini təmin etmək üçün qanunun aliliyi, insan hüquqları və gender bərabərliyi prinsipləri əsasında aparılmalıdır.

Xəbəri paylaş

VİDEOLAR