BMT: 1,3 milyon fələstinli uşaq təhlükə altındadır

BMT: 1,3 milyon fələstinli uşaq təhlükə altındadır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və Qəzza zolağında məktəbə qayıdan 1,3 milyondan çox fələstinli uşağın ciddi təhlükə və təhdidlərlə üzləşdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dünən dərc etdiyi hesabatda, bu ilin əvvəlindən bu yana İordan çayının qərb sahilində işğalçı İsrail qüvvələri tərəfindən 20 fələstinli uşağın güllələnərək öldürüldüyü xatırladılıb. 

Bu hesabata görə, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə ən azı 6400 fələstinli uşağın təhsil aldığı 56 Fələstin məktəbi sökülmə riski ilə üzləşib.

UNICEF bu ilin əvvəlindən bəri irqçi İsrailin İordan çayının qərb sahilində təhsil sektorunda 115 qanun pozuntusuna yol verdiyini, o cümlədən rejim əsgərlərinin məktəbləri gözyaşardıcı qaz və səs-küylü qumbaralarla dəfələrlə atəşə tutduğunu vurğuladı.

Bu hesabatın sonunda İsrail əsgərlərinin tələbələr arasında terror yaratdığı və bəzən bu tələbələri həbs etdiyi də qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR