Qərb ölkələri özlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yaratdığı iqtisadi problemlər üzündən zəifləyib, nəticədə Avropa Moskva ilə iqtisadi qarşıdurmada ləngiməyə başlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg"də dərc edilən məqalədə deyilir.
Məqalə "YouGov" sosioloji institutunun 2022-ci ilin aprelində keçirdiyi sorğunun nəticələrini təqdim edib. Nəticəyə əsasən, İtaliya və İspaniya da daxil olmaqla yeddi Avropa ölkəsində respondentlərin 30%-dən çoxu müdafiə və təhlükəsizliyi gücləndirmək əvəzinə, Rusiya ilə ticarət və diplomatiyanın inkişafının tərəfdarı olub.
Agentlik hesab edir ki, Qərb ölkələri “sanksiyalardan yorulub” və yeni sanksiyaların tətbiqi getdikcə çətinləşir. Bildirilir ki, buna Avropa İttifaqı daxilindəki fikir ayrılıqları da səbəb olur. Məqalə müəllifi Lionel Loran vurğulayır ki, sanksiyalar “maliyyə silahı” kimi gözlənilməz nəticələrə gətirib çıxara bilər.
İyunun 3-də Aİ Şurası Rusiyaya qarşı sanksiyaların altıncı paketini qəbul edib. Aİ ölkələri arasında altıncı paket üzrə müzakirə təxminən bir aya yaxın davam edib.