Blinken və Lapid Fələstindəki son hadisələri müzakirə edib

Blinken və Lapid Fələstindəki son hadisələri müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken və sionist nazir Yair Lapid arasında telefon danışığı olub.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Blinken, sosial media hesabında etdiyi paylaşımda, Qüds, İordan çayının qərb sahili və Qəzza zolağında gərginliyi azaltmaq üçün Lapid ilə məsləhətləşdiyini açıqlayıb.

Blinken telefon danışığında İran məsələsinin də müzakirə edildiyini bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla telefon danışığında da Fələstindəki son hadisələri müzakirə etmişdi.

Xəbəri paylaş

VİDEOLAR