Blinken Ukraynaya səfər edəcəyini açıqladı

Blinken Ukraynaya səfər edəcəyini açıqladı

ABŞ Dövlət katibi Entoni Blinken gələn həftə Kiyevə səfər edəcək.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya arasında Ukrayna böhranı davam edərkən, ABŞ Dövlət katibi Entoni Blinken gələn həftə Kiyevə səfər edəcək.

Blinken həftəsonu Amerikanın "CBS" kanalında yayımlanacaq müsahibəsinin ilk yayımlanan hissəsində Ukraynadakı son hadisələri müzakirə etmək üçün bu ölkəyə gedəcəyini təsdiqləyib.

Blinken müsahibəsində "Hazırda Ukrayna sərhədində hərbi yığınağı Rusiyanın (Krımı) işğal etdiyi 2014-cü ildəkindən daha çoxdur. Cənab (Rusiya Prezidenti Vladimir) Putinin hədəflərini bildiyimizi deyə bilmərəm. Onun hVyata keçirməyi yaxud keçirməməyi seçim edə biləcəyi müxtəlif mövzular var" deyib.

Rusiya əsgərlərinin bölgədən çıxma müddətini yaxından izlədiklərini qeyd edən Blinken ABŞ-ın Ukraynaya dəstəyini bir daha təkrarlayıb.

Xəbəri paylaş

VİDEOLAR