Blinken üç ərəb ölkəsinin naziri ilə İsraildə sammit keçirəcək

Blinken üç ərəb ölkəsinin naziri ilə İsraildə sammit keçirəcək

İsrail ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə BƏƏ, Mərakeş və Bəhreyn xarici işlər nazirləri arasında keçiriləcək sammitə ev sahibliyi edəcək.

Az.rasthaber.com "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, sionist rejimin xarici işlər naziri Yair Lapidin dəvəti ilə baş tutacaq zirvə toplantısı martın 27-28-i planlaşdırılıb.

O da vurğulanır ki, ABŞ dövlət katibi və ərəb ölkələrinin nazirləri İsraildə bir sıra diplomatik görüşlər həyata keçirəcəklər.

Xəbəri paylaş

VİDEOLAR