Bələdiyyə seçkilərində səsvermə başa çatdı - yenə karusel?!

Bələdiyyə seçkilərində səsvermə başa çatdı - yenə karusel?!

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Rasthaber Azərbaycan "Report"a istinadlı məlumatına görə, 19:00-dan sonra məntəqələrdə səslərin sayılması prosesinə başlanılır.

Yaxın saatlarda ilkin nəticələrin açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib.

Xatırladaq ki, səsverməyə bu gün səhər saat 08:00-dan start verilib.

Turan Bələdiyyə seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsində bülletenlərin kütləvi şəkildə atılması və eyni şəxslərin dəfələrlə səs verməsi - “karusel” qeydə alınıb. Yerli bələdiyyə şurasına namizəd olan qadın fəal Rəbiyə Məmmədova bildirib ki, 7 saylı məntəqədə seçki komissiyasının rəhbəri qutuya topa şəklində bülleten atıb. Bundan əlavə, ayrı-ayrı qruplar müxtəlif məntəqələrdə səs verirlər.

Lakin dairə seçki komissiyasında R.Məmmədovanın sözlərini inkar ediblər.

Müstəqil müşahidəçi İlkin Rüstəmzadə Amerikanın Səsinə bildirib ki, "karusel" (bir şəxsin bir neçə məntəqədə səs verməsi) olduğunu müşahidə edib.

"Mən 220 saylı məktəbdə 1, 2, 3,4 saylı məntəqədə müşahidəçiyəm. Karusel baş verdi. Sol barmağa ultra bənövşəyi şüa vurulmalıdır, sağ barmağa vururdular. Neçə dəfə səs verirdilər. Sonra kimsə DSK-ya şikayət elədi. Çəkilişə icazə verilmədi," o bildirib.

"24 saylı dairənin 1-ci seçki məntəqəsinin sədri Əzimova Lətifə bizə qarşı diskriminativ hərəkətləri etdi. Televiziya işçiləri gələnə qədər çox kobud rəftar etdi. Oturub aktları yazmaq üçün stol xahiş etdikdə, çox kobud cavabla mümkün olmadığını bildirdi. Müşahidəçilərin ayağ üstə durmasına icazə olmadığını bildirdi. Çəkilişə icazə olmadığını bildirdi. Topa bülleten atılmasına yol verirdi. Sol barmağa sprey vurulmalı olduğu halda, hamıya hər barmağa vurub 2-dən artıq səs verməyə yol açırdı," Türkan Rüstəmzadə Facebook səhifəsində qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR