Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sentyabr ayında əlaqələrini normallaşdırdığı İsrailə ilk dəfə səfir təyin edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya direktoru Hend əl-Uteybe "Twitter" hesabından verdiyi açıqlamada Məhəmməd Mahmud əl Hacanın BƏƏ-nin İsraildəki səfiri təyin olunduğunu qeyd edib.
Xatırladaq ki, İsrail ilə BƏƏ arasında "münasibətlərin normallaşması" mövzusunda müqavilələr 15 sentyabr 2020-ci il tarixində ABŞ-da təşkil edilən mərasimdə imzalanıb.
Bu razılaşmadan sonra BƏƏ hökuməti yanvarın 24-də ölkənin İsraildəki Səfirliyinin Tel-Əvivdə tikdirməsini qərara almışdı.
İsrail isə münasibətlərin normallaşmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.