Az.Rasthaber.com İran mediasına istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisinin Təbrizə iki günlük səfəri zamanı keçirdiyi görüşdə bir qrup ədəbiyyatçı Türk Ədəbiyyatı Fondunun yaradılmasının zəruriliyini bildirib.
Məlumata görə, ədəbiyyatçı Cəmşid Əlizadə bir qrup azərbaycanlı yazıçı və mədəniyyət xadimi adından İran prezidentindən bunu istəyib.
Təbrizli ədəbiyyatçı vurğulayıb ki, İran Türk Ədəbiyyatı Fondunu yaradın, çünki onun təsirləri mütləq bu yaxınlarda nümayiş etdirilən “Fəttah” raketindən az deyil. Türk dili və ədəbiyyatına dəyər verməklə bu gün cəmiyyətimizin üzləşdiyi bir çox problem həllini tapacaq.
Qeyd edək ki, bundan öncə prezident seçkisi kampaniyası zamanı cənab Rəisi Azərbaycan Dili Akademiyasının yaradılması, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına diqqət ayrılması barədə vədlər vermişdi.