Bir gündə Əfqanıstandan 20 minə yaxın insan təxliyə edilib

Bir gündə Əfqanıstandan 20 minə yaxın insan təxliyə edilib

ABŞ Müdafiə Nazirliyi çərşənbə günü son qoşunlarının Əfqanıstandan çıxarılmasına bir həftədən az vaxt qaldığını və son 24 saat ərzində daha 19 min amerikalı və əfqanıstanlının evakuasiya edildiyini bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, voa-nın məlumatına görə, Taliban üsyançılarının nəzarətində olan ölkədən qaçmaq ümidi ilə Kabildəki beynəlxalq hava limanına daha 10 min insan toplaşıb.

Son bir gün ərzində Kabildən hər 39 dəqiqədən bir ABŞ-ın hərbi və beynəlxalq təyyarələri daxil olmaqla, 90 reys uçub. Bir neçə həftə əvvəl əməliyyat başlayandan bəri ümumilikdə təxminən 88 min insan evakuasiya edilib.

Həmid Karzai adına Beynəlxalq Hava Limanındakı vəziyyət gərgin və xaotik olaraq qalır. Lakin Pentaqon sözçüsü Con Kirbi deyib ki, ABŞ prezidenti Co Baydenin qərar verdiyi kimi, ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına avqustun 31-i son qoyulacaq və ondan sonra hava limanının təhlükəsizliyinə nəzarət "Amerikanın öhdəliyində olmayacaq".

Rəsmilər "çox sayda ümidsiz insanın ölkəni tərk etmək istədiyini" bildiklərini
deyir.

Pentaqon hava limanındakı son iyirmi ildə ABŞ əməliyyatlarını dəstəkləyən, ABŞ-a gəlmək üçün viza almış və hava limanına çatmış bütün əfqanların təxliyə ediləcəyini bildirib. Bu, hava limanına çatmaq üçün Talibanın nəzarət-buraxılış məntəqələrindən keçə bilməyən çox sayda insanı geridə qoya bilər.

Xəbəri paylaş

VİDEOLAR