Bu vaksinin gələn ilin yaz aylarınadək istehsala başlanması gözlənilir.
Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" əczaçılıq şirkətləri ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə nəzarət İdarəsinə koronavirus vaksininin qeydiyyata alınması üçün müraciət edib.
Rasthaber-in Trend-ə istinadlı məlumatına görə, bunu "BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin deyib.
Qeyd edək ki, "BioNTech" və "Pfizer"in hazırladığı koronavirus vaksini sınaqlar nəticəsində 95 faizə yaxın effektivlik nümayiş etdirib.