Bin Salman: İranla münasibətlər yaxşı inkişaf edir

Bin Salman: İranla münasibətlər yaxşı inkişaf edir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Amerikanın Fox News televiziyasına müsahibəsində Tehran-Riyad münasibətlərini dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Amerikanın Fox News televiziyasına müsahibəsində gündəmi dəyərləndirib.

Ərəb mediasının məlumatına görə, Məhəmməd bin Salman İran-Səudiyyə Ərəbistanı əlaqələrinin "yaxşı irəlilədiyini" və bunun "regionun təhlükəsizliyi və sabitliyi üçün faydalı olacağına" ümid etdiklərini bildirib.

Ər-Riyad-Təl-Əviv normallaşma prosesi ilə bağlı bin Salman deyib:

"Hər gün razılaşmaya yaxınlaşırıq. İlk dəfə həqiqətən ciddi bir şey baş verir".

Təl-Əvivlə mümkün razılaşmanın “soyuq müharibədən sonrakı dövrün ən böyük tarixi razılaşması” olacağını iddia edən Bin Salman əlavə edib ki, belə bir razılaşma İsrailin fələstinlilərə münasibətindən asılı olacaq.

Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı Səudiyyə vəliəhdi deyib: “Rusiya və Ukrayna ilə münasibətlərimiz yaxşıdır, biz dialoq yoluna üstünlük veririk və bir tərəfi digərinin hesabına dəstəkləmirik”.

Xəbəri paylaş

VİDEOLAR