Bin Salman İrana səfər edəcək

Bin Salman İrana səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mətbuata açıqlamasında Bin Salmanın İrana gələcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ər-Riyad səfərini mətbuata dəyərləndirib.

Abdullahiyan deyib:

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə səmimi və aydın görüşümüz oldu. Hər iki tərəf təhlükəsizlik və davamlı inkişaf ideyasının hər kəs üçün təmin edilməli olduğunu vurğulayıb.".

İki ölkə arasında strateji əməkdaşlığa toxunan Əmir Abdullahiyan deyib:

"Məhəmməd bin Salman bu ölkənin xarici işlər nazirinə uzunmüddətli strateji əməkdaşlıq sənədinin yaradılması çərçivəsində ilk addımları atmağı tapşırıb.

Bu sənəd Bin Salmanın Tehrana səfəri zamanı imzalanacaq.

İki ölkə arasında birbaşa uçuşların bərpası və Ümrə uçuşları üçün əsas sənədlərin hazırlanması barədə də razılıq əldə olunub.

Biz onu da vurğuladıq ki, keçmişdə olduğu kimi iki ölkənin hava reysləri ilə turistləri və qonaqları qəbul etməyə hazırıq.".

Xarici işlər naziri Bin Salmanın İrana mümkün səfəri ilə bağlı deyib:

"Bu yaxınlarda Bin Salman Prezident İbrahim Rəisini Ər-Riyada dəvət etmişdi. Seyid İbrahim Rəisi də Bin Salmanı Tehrana dəvət etdi. O, bu dəvəti qəbul etdi.".

Xəbəri paylaş

VİDEOLAR