Bu barədə kraliyyət sarayı məlumat verib.
Az.rasthaber.com “Bahrain News Agency”-a istinadən xəbər verir ki, Bəhreynin Baş naziri Xəlifə bin Salman Ali-Xəlifə ölüb.
Qeyd edilir ki, Bəhreyn kralı Həməd ibn İsa Ali-Xəlifənin əmisi olan Baş nazir 11 noyabr səhər saatlarında ABŞ-dakı klinikada vəfat edib.
Kral ailəsi üzvünün ölümü ilə bağlı ölkədə bir həftəlik matəm elan edilib və dövlət bayraqları yarıyadək endirilib.
Nazirli və digər qurumların işi 12 noyabrdan başlayaraq 3 gün müddətinə dayandırılacaq.