Bəhreynin Ali Xəlifə rejimi insan haqlarını heçə saymaqda davam edir

Bəhreynin Ali Xəlifə rejimi insan haqlarını heçə saymaqda davam edir

Bəhreyn rejimi siyasi məhbusları azad etməkdən imtina edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreynin Ali Xəlifə rejimi siyasi məhbusları azad etməkdən imtina edib.

İraqın “Əl Bəyyinə” telekanalının xəbərinə görə, 20-dən çox insan haqları təşkiları Bəhreyn rejimindən koronavirusun yayıldığı bir zamanda Bəhreydəki siyasi məhbusların azad edilməsinə çağırsa da, Ali Xəlifə rejimi bu istəyə mənfi reaksiya göstərib.

Parlamentin təhlükəsizlik və müdafiə üzrə xarici şura üzvü Bədr əd-Dusri açıqlamasında, insan haqları təşkilatlaının koronavirusu bəhanə edərək bu tələbi irəli sürdüklərini bildirib.

İnsan Haqları Komissiyası keçdiyimiz 25 mart tarixində Bəhreyn zindanlarındakı sıxlıq və pis şərtlərlə bilrikdə, koronavirusun da yayılmasından narahatlıqlarını bildirərək, bir çox məhbusun səhhətində ciddi problemlər olduğunu açıqlamışdı.

İHK koronavirusun həbsxanada yayılacağı təqdirdə, daha təhlükəli və kütləvi hal alacağını önə çəkmişdi.

Bəhreyn islamçılarının lideri Ayətullah Şeyx İsa Qasim də, bir bəyanat yayaraq siyasi fəalların azad edilməsini tələb etmiş, koronavirusun yayılmasının məsuliyyətini isə tamamilə Bəhreynin Ali Xəlifə rejimi daşıyacağını qeyd etmişdi.

Xəbəri paylaş

VİDEOLAR