Bəhreyn Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada AP-nin Bəhreyndəki insan haqları pozuntuları ilə bağlı qərarının qınandığı vurğulanıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, qərarın Bəhreynin etibarına zərbə endirmək məqsədi daşıdığı və məsdənsiz məlumatlara əsaslandırıldığı ifadə edilən açıqlamada, bunun ölkə rəhbərliyi ilə heç bir dialoq olmazdan qəbul edilməsinin təəccüblə qarşılandığı qeyd edilib.
Açıqlamada həmçinin bildirilib ki, qərarla Bəhreynin insan haqları sahəsindəki irəliləyişinin gözdən yayındırıldığı aşkardır.
Bəhreynin ölüm hökmləri və işgəncə kimi insan hüquqları pozuntularına yol verdiyi və insan haqları müdafiəçilərinin təzyiqlərə məruz qaldığı vurğulanan Ap-nin qərarı Bəhreyndən insan haqları pozuntularına görə təzminat ödəməsi və bütün ölüm hökmlərinə yenidən baxılması tələb edilib.