Bəhreynlilər gecə saatlarında bir araya gələrək, sionist rejimin baş qərargah rəisi Əviv Koxafinin Bəhreynə səfərinə etiraz ediblər.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Sionist rejimin baş qərargah rəisi Əviv Koxavinin ölkəyə səfəri paytaxt Manama və bəzi şəhərlərdə etirazla qarşılanıb.
Xatırladaq ki, 2020-ci il sentyabrın 15-də ABŞ-ın paytaxtı Vaşinqtonda BƏƏ və Bəhreyn ilə sionist rejim arasında siyasi əlaqələrin normallaşdırılmasına dair saziş imzalanıb.
Bəhreyn xalqı Ali-Xəlifə rejiminin təzyiqlərinə baxmayaraq, sionist rejimlə razılaşmanın elanından sonra çoxsaylı nümayişlər təşkil edərək, Xəlifə rejiminin Fələstin və İslam ümmətinə qarşı xəyanətini pisləyib.