Bəhreyndə kralın istefası tələbilə aksiyalar keçirildi

Bəhreyndə kralın istefası tələbilə aksiyalar keçirildi

Aksiyada çıxış edənlər başda kral olmaqla hökumətin bütövlükdə istefa verməsinin zəruri olduğunu vurğulayıblar.

Rasthaber "eastnews.org"a istinadən verdiyi xəbərə görə, Bəhreynin paytaxtı Manama şəhərində "14 fevral" hərəkatı hökumət əleyhinə aksiya keçirib.  

Aksiya zamanı nümayişçilər 2011-ci ildən başlayan və xalq hərəkatına çevrilən müxalif mövqelərini bir daha bəyan ediblər.  

Aksiyada çıxış edənlər başda kral olmaqla hökumətin bütövlükdə istefa verməsinin zəruri olduğunu vurğulayıblar.  

Polisin nümayişçilərə bəzi küçələrdə müdaxilə etdiyi və xəsarət alanların da olduğu bildirilib. 

Xəbəri paylaş

VİDEOLAR