Bəhreynin müxtəlif bölgələrinin sakinləri amerikan-sionist heyətin bu ölkəyə səfərinə qarşı çıxaraq, aksiya keçiriblər.
Rasthaber xəbər verir ki, Bəhreynin müxtəlif bölgələrinin sakinləri dünən gecə küçələrə çıxıblar. Onlar şüarlar verərək, bir daha Bəhreyn hökumətinin sionist rejimlə əlaqələri adiləşdirməsini pisləyib.
Bəhreyn Əlvifaq cəmiyyəti də bir açıqlamada BMT-nin və dünya ictimaiyyətinin Ali-Xəlifə rejimini sionist rejimlə saziş barədə referendumun keçirilməsinə məcbur etmələrini istəyib. Bəhreyn xalqının doxsan beş faizindən çoxu bu sazişə qarşıdır.
Dünən bir sionist-amerikan heyət sionist rejimin Bəhreynlə həmkarlıqlarının genişləndirilməsini qətiləşdirmək məqsədilə Manamaya səfər edib. Bu səfərdə iki tərəf arasında iqtisadi əməkdaşlıqlar, həmçinin diplomatik və dinc əlaqələrin qurulması üzrə səkkiz memorandum imzalanıb.