Bəhreyn insan haqlarını heçə sayır; Aksiyada iştiraka görə 11 yaşlı uşaq həbs edildi

Bəhreyn insan haqlarını heçə sayır; Aksiyada iştiraka görə 11 yaşlı uşaq həbs edildi

Ali-Xəlifə rejimi 11 yaşlı uşağın bir həftəlik saxlanılmasına qərar verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ali-Xəlifə rejiminin prokurorluğu 14 fevral aksiyasında iştirak ittihamı ilə Əmin Rza adlı 11 yaşlı uşağın bir həftəlik saxlanılmasına qərar verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, 11 yaşlı bu uşaq fevralın 14-ü Bəhreyn xalqının qiyamının 9-cu ildönümündə etiraz aksiyasında iştirakına görə bir neçə saat saxlanılıb ancaq valideynlərinin təzminatı ilə buraxılıb, amma dünən prokurorluq onun bir həftəlik saxlanılmasına qərar verib. 

Bəhreyndə hüquq müdafiəçisi Ebtisam Əsaeğ öz tvitter səhifəsində yazıb: "Bu uşaq onun siyasi işinə baxılması üçün bir həftə müddətinə saxlanılıb" . 

Bəhreynlilər bu ölkə xalqının inqilabının 19-cu ildönümü münasibəti ilə təhdidlər və gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq 14 fevralda aksiya keçirmiş, həmin aksiyada bir neçə uşaq da daxil 13 nəfər həbs olunub.. 

Xəbəri paylaş

VİDEOLAR