Beyrutdakı ABŞ səfirliyinə hücum edilib

Beyrutdakı ABŞ səfirliyinə hücum edilib

Bildirilib ki, ABŞ-ın Beyrutdakı səfirliyinin binasında atəşin şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən açılıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ səfirliyinin sözçüsü Ceyk Nelson çərşənbə günü gecə saatlarında bu ölkənin səfirliyinə atəş açıldığını bildirib.

Səfirliyin girişi yaxınlığındakı bölgədə atıcı silahlardan atəş açıldığı xəbərinin yayıldığını bildirən Nelson, səfirlik binasında can itkisi və dağıntı olmadığını təsdiqləyib və səfirlik rəsmilərinin bu mövzuda Livan səlahiyyətliləri ilə əlaqə saxladığını bildirib.

Bu çərçivədə Livan telekanallarından biri olan Kanal 24, Avkar bölgəsindəki ABŞ səfirliyinin əsas girişində şüşələri qaralmış və nömrəsiz qara rəngli avtomobilin atəş açdığını bildirib. Kalaşnikov avtomatlarından atəş açıldığını və ABŞ səfirliyinə məxsus hərbi maşının da zədələndiyi bildirilib.

ABŞ-ın Beyrutdakı səfirliyi bu yaxınlarda yeni binasının fotolarını yayıb.

Yayımlanan görüntülər ABŞ-ın yeni səfirliyinin tikintisinin ilk mərhələlərini göstərir. Bu bina Beyrutun 13 kilometrliyində, Avkar rayonunda yerləşir.

Tikilməkdə olan yeni ABŞ səfirliyinin binası çox böyük binadır və sosial şəbəkə istifadəçiləri belə bir sual qaldırıblar: Livan kimi nisbətən kiçik bir ölkədə belə böyük bina tikməkdə məqsəd nədir?

Sosial şəbəkə istifadəçiləri bu məsələni tənqid edərək öz səhifələrində bunun səfirlik və ya hərbi baza olduğunu yazıblar.

Bəzi istifadəçilər yazıb ki, bu ölçülü bina daha çox Yaxın Şərqdə casusluq mərkəzinə bənzəyir.

Həmçinin, bu binanın daha çox ABŞ ordusunun Nevada səhrasındakı gizli bazalarına bənzədiyi də qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR