Beyrut partlayışları ilə bağlı 28 nəfər haqqında həbs qərarı

Beyrut partlayışları ilə bağlı 28 nəfər haqqında həbs qərarı

Beyrutda baş verən partlayışla əlaqədar olaraq ümumilikdə 28 nəfər barəsində həbs qərarı çıxarılıb

Rasthaber İran mediasına istinadən xəbər verir ki, Livan Məhkəmə Hakimiyyəti bildirib ki, Beyrutda baş verən partlayışla əlaqədar olaraq ümumilikdə 28 nəfər barəsində həbs qərarı çıxarılıb; Onlardan üçü ölkədə yoxdur.

Livan Ali Məhkəmə Şurası bir açıqlamasında bildirib ki, Beyrut limanının partlayış hadisəsi ilə əlaqədar  olaraq 28 nəfər haqqinda həbs qərarı çıxarılıb; Onlardan üçünün həbs qərarı, ölkədə olmamaları üçün qiyabi çıxarılıb. 
Bu işin məhkəmə müfəttişi Hakim Fadi Sovan vurğulayıb ki, təhqiqatlar mümkün qədər tez və tələsmədən aparılır, Çünki 4 avqustda baş verən partlayışın səbəblərinin araşdırılması diqqət və səbr tələb edir.
Bəyanata görə, bu iş üzrə 51 şahidin ifadələri də dinlənilib.
Qeyd edək ki, Oktyabr ayının əvvəllərində məhkəmə müfəttişi bir gəminin sahibi və rus kapitanına qarşı qiyabi olaraq iki həbs qərarı çıxarıb. Bu Gəmi Beyrut limanında dəhşətli partlayışa səbəb olan ammonium yükünü daşıyıb. Ölümcül partlayış nəticəsində 200-dən çox insan ölüb və 6000-dən çox insan yaralanıb, liman və ətraf ərazilər də geniş şəkildə dağılıb. Törənmiş dağıntıların bərpası üçün lazım olan vəsaitin milyardlar dollar olacağı təxmin edilir.

Xəbəri paylaş

VİDEOLAR