Beynəlxalq Əfv Təşkilatı Taliban qüvvələrinin Bəlxabda kütləvi edamlar həyata keçirəcəyi barədə xəbərdarlıq edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı bu gün yayımladığı bəyanatda dünya ictimaiyyətini Bəlxab hadisələrini nəzarətdə saxlamağa və Talibanın hücumunda bölgədə kütləvi edamların həyata keçirilə biləcəyi haqda xəbərdarlıq edib.
Beynəlxalq Amnistiya Təşkilatı, Sər-Pol əyalətinin şimalındakı Balxab rayonunda edamlar və mülki şəxslərin xəsarət alması ilə bağlı başverənlərdən “dərin narahatlığını" ifadə edib.
Qeyd edək ki, Taliban, hərəkatın tanınmış liderlərindən olan həzarə əsilli Mövləvi Mehdinin tabeliyindəki qüvvələrin üsyanından sonra bölgəyə hərbi qüvvələr göndərib. Artıq iki gündür Taliban bölgəyə dayanmadan hücum edir.
Həzarələri hərəkatda təmsil edən Mövləvi Mehdi pəştun əsilli şəxslərin ölkənin şimalına təyin edilməsinə qarşı çıxıb.