'Beynəlxalq Atom Agentliyinin İranla bağlı açıqlamaları təhrif edilib'

'Beynəlxalq Atom Agentliyinin İranla bağlı açıqlamaları təhrif edilib'

“Deyilənlərdən bu əldə edilir ki, Rafael Qrossinin açıqlamaları siyasi məqsədlərlə təhrif edilib”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Behruz Kamalvəndi deyib.

O, Səudiyyə Ərəbistanının "əl-Ərəbiyyə" telekanalının Rafael Qrossinin dilindən yayımladığı məlumatlara münasibət bildirib və qeyd edib ki, bu məlumatlar siyasi məqsədlərlə təhrif edilib.

Qeyd edək ki, əl-Ərəbiyyə telekanalı Rafael Qrossinin dilindən məlumat yayaraq bildirib ki, İran uranın zənginləşdirildiyi yeni məkanlar barədə BAEA-nə məlumat verməkdən imtina edir. Həmçinin telekanal R.Qrossinin dilindən iddia edib ki, nüvə sazişinə nail olmaq üçün fürsətlər bitib.

Bu arada qeyd edək ki, Avropa İttifaqının nüvə danışıqları üzrə xüsusi nümayəndəsi Enrike Mora ötən gün Tehrana gedib və bu ölkənin Atom Enerjisi Təşkilatının rəsmiləri və digər yüksək çinli rəsmilərlə görüşəcək.

Xəbəri paylaş

VİDEOLAR