Beynəlxalq Amnistiya Təşkilatı: İsrail aparteid rejimidir

Beynəlxalq Amnistiya Təşkilatı: İsrail aparteid rejimidir

Fələstində baş verən hadisələrə reaksiya verən Beynəlxalq Amnistiya Təşkilatı İsraili aparteid rejimi olaraq xarakterizə edərək, bu rejimin fələstinlilərə qarşı hücumlarına son qoymağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı İsraili aparteid dövləti kimi xarakterizə edərək, sionist rejim tərəfindən fələstinlilərə qarşı törətdikləri qətliam və işgəncələrin, həmçinin, onların hüquqlarından məhrum edilməsinin insanlığa qarşı cinayət olduğunu etiraf edib.
Təşkilat öz Tvitter səhifəsində paylaşım edərək bildirib:
"Aparteid rejimi təkcə keçmişin bir parçası deyil. Bu, İsraildə və işğal olunmuş Fələstin torpaqlarında milyonlarla fələstinlinin yaşadığı reallıqdır və bu günə qədər də davam edir. Biz məhkəməsiz qətllər, əsassız həbslər, işgəncələr və kütləvi edamlarla bağlı xəbərləri izləyirik. Aparteid rejimi bir qrupun həyatını digərininkindən daha önəmli görür. İsrail fələstinliləri öldürərək, işgəncə edərək və əsas hüquqlarından məhrum etməklə bu irqçilik rejimini davam etdirir. Bu bir insanlıq cinayətidir və bitməlidir.
Qeyd edək ki, Ramazan ayının əvvəlindən İsrail qüvvələri Məscidül-Əqsaya və namaz qılan fələstinlilərə hücum edib, yüzlərlə insan yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR