Beşiktaşda koronavirus şoku

Beşiktaşda koronavirus şoku

Beşiktaş"ın bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər

Mayın 13-də Türkiyənin adlı-sanlı klublarından olan "Beşiktaş"ın bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib. Testin nəticəsi 8 nəfərdə müsbət çıxıb. Onların dərhal müalicəsinə başlanılıb. Koronavirusa yoluxanların şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin 19 mart iclasında Super Liqa da daxil olmaqla, ölkədə keçirilən bütün liqaların təxirə salınması qərarı verilmişdi.

Xəbəri paylaş

VİDEOLAR