Bennett, Bin Zayed və Sisi Misirdə üçtərəfli görüş keçirəcək

Bennett, Bin Zayed və Sisi Misirdə üçtərəfli görüş keçirəcək

"Walla"nın məlumatına görə, yüksək vəzifəli sionist rejim rəsmisi, Bennet, Əbdülfəttah Sisi və Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Şarm əl-Şeyxdə görüşəcəklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin baş naziri Naftali Bennett xəbərsiz şəkildə Misirin paytaxtı Qahirəyə gedib.
Sionist rejim mediasının yaydığı məlumata görə, Naftali Bennet Qahirəyə enən kimi Misir prezidenti Əbdül Fəttah Sisi ilə görüşüb.
Xatırladaq ki, Bennett ötən ilin sentyabrında Misirin Şarm əl-Şeyx şəhərində keçirilən görüşdə, Sisi ilə görüşünü "çox əhəmiyyətli və çox yaxşı" adlandıraraq, "əlaqələrin dərinləşdirilməsi və maraqların irəliləyişinin" təməlini atdıqlarını qeyd etmişdi.
Ötən çərşənbə günü işğalçı hökumətin verdiyi açıqlamada, işğal altındakı Ben-Gurion hava limanından Şarm əl-Şeyxə birbaşa uçuşlar həyata keçiriləcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR