Bennet Ərəb ölkələrinə İsrailin iştirakı ilə Ərəb-NATO ittifaqı yaratmağı təklif edib

Bennet Ərəb ölkələrinə İsrailin iştirakı ilə Ərəb-NATO ittifaqı yaratmağı təklif edib

Sionist rejimin baş naziri Naftali Bennet son səfəri zamanı Bəsrə körfəzindəki ərəb ölkələrinə İsrailin iştirakı ilə bir növ NATO ittifaqı yaratmağı təklif edib.

Az.rasthaber.com-un xəbərinə görə, Əl-Məyadin xəbər agentliyi İsrail mediasına istinadla bildirib ki, Naftali Bennet körfəz ölkələrinə səfəri və İsrail rəsmiləri ilə görüşü zamanı onlara İsrailin iştirakı ilə Ərəb-NATO ittifaqı yaratmağı təklif edib.
Xatırladaq ki, Naftali Bennet sionist rejimin baş naziri kimi ötən ay BƏƏ və Bəhreynə səfər edib.
Bu səfərdən bir neçə gün əvvəl, İsrailin müdafiə naziri Benni Qantz Bəhreynə səfər etmiş və iki ölkə arasında təhlükəsizlik müqaviləsi imzalamışdı.
Bir neçə gün əvvəl isə Sionist rejimin Baş Qərargah rəisi Əviv Koxavi Bəhreynin paytaxtı Manamaya səfər edib. Bu, İsrail Ordusu Baş Qərargah rəisinin Bəhreynə ilk rəsmi səfəri olub.
Bəhreyn və BƏƏ 2020-ci ilin sentyabrında ABŞ-ın keçmiş prezidenti Donald Trampın nəzarəti ilə, sionist rejimlə münasibətləri normallaşdırmaq üçün barışıq sazişi imzalayıb. Bu vəziyyət daha sonra hakimiyyət nümayəndələri, siyasi və dini xadimlər, qeyri-hökumət təşkilatları və müsəlman xalqları tərəfindən pislənib.

Xəbəri paylaş

VİDEOLAR