Bennet: İsrailin gələcəyi təhlükədədir

Bennet: İsrailin gələcəyi təhlükədədir

İsrailin baş naziri Naftali Bennett, Fələstin əsilli Qayda Rinavi Zuabinin koalisiyadan ayrılmasını qiymətləndirərkən, İsrailin gələcəyinin təhlükə altında olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Bennett Twitter hesabında etdiyi paylaşımda bildirib:

"Xilasetmə hökumətinin formalaşdırılması məsuliyyətini öz üzərimə götürmək mənim üçün çətin seçim idi, lakin ölkənin gələcəyi təhlükə altındadır və biz xalqımızın birliyini qorumaq üçün mübarizə aparmalıyıq. Bizim başqa dövlətimiz yoxdur".

Mövcud hökumətin müxtəlif sahələrdə, o cümlədən Kovid-19, işsizlik və zorakılıqda uğur qazandığını iddia edən Bennet, hökumətinin keçən il iqtisadiyyatı 8 faiz böyütdüyünü, ərəb cəmiyyətində qətllərin sayının isə 30 faiz azaldığını qeyd edib.

Qeyd edək ki, İsraildəki koalisiya ortağı Meretz Partiyasının fələstinli qadın deputatı Gayda Rinavi Zuabi mayın 19-da “Məscidül-Əqsadakı zorakılıqları, fələstinli jurnalistin dəfn mərasimindəki görüntüləri əsas gətirərək koalisiyadan dəstəyini geri götürdüyünü açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR