Ben Qvir: "İsrail ABŞ bayrağındakı ulduz deyil, müstəqil ölkədir"

Ben Qvir:

Sionist rejimin milli təhlükəsizlik naziri ABŞ prezidentini kəskin tənqid edərək, Təl-Əvivin Vaşinqtondan müstəqil olduğunu iddia edib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim kabinetinin ABŞ prezidenti Co Baydenin məhkəmə islahatlarından əl çəkməyi tələb edən bəyanatlarına reaksiyaları artdığı halda, bu rejimin milli təhlükəsizlik naziri İtmar Ben Qvir də Baydeni kəskin tənqid edib.

Sionist rejimin milli təhlükəsizlik naziri Benyamin Netanyahu kimi Baydenin bəyanatlarını tənqid edib və bu bəyanatları İsrailin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

İtamar Ben Qvir ABŞ prezidentini və Ağ Evin işğal olunmuş ərazilərdəki hadisələrə yanaşmasını tənqid edib:

“Onlar başa düşməlidirlər ki, İsrail ABŞ bayrağındakı ulduz deyil, müstəqil ölkədir”.

İşğal olunmuş ərazilərdəki böhranla bağlı ABŞ prezidenti çərşənbə axşamı axşam deyib:

"Biz ümid edirik ki, Netanyahu İsraildə məhkəmə islahatları ilə bağlı planından geri çəkiləcək. Netanyahu bu yaxınlarda Ağ Evə səfər etmək üçün dəvət almayıb".

Sionist rejimin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı gecə ABŞ prezidentinin bəyanatlarına reaksiya verərək deyib: İsrail öz qərarlarını xarici təzyiqlərə görə qəbul etmir.

Netanyahu deyib: “İsrail dövlətinin suveren hüququ var və qərarlarını xarici təzyiqlərə əsaslanaraq vermir”.

Xəbəri paylaş

VİDEOLAR