Belarusun xarici işlər naziri İran prezidenti ilə görüşüb

Belarusun xarici işlər naziri İran prezidenti ilə görüşüb

Belarusun xarici işlər naziri Vladimir Makey İrana səfəri çərçivəsində bu ölkənin prezidenti İbrahim Rəisi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Vladimir Makey bu gün Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşü və birgə mətbuat konfransından sonra prezident İbrahim Rəisi ilə görüşüb.

Tərəflər bu görüşdə qarşılıqlı əlaqələri, əlaqələrin müxtəlif sahələr üzrə gücləndirilməsi, Birgə iqtisadi komissiyanın işini və sair əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər.

Rəisi bu görüşdə hər iki ölkənin ABŞ-ın qeyri-qanuni sanksiyalarına məruz qalmasından danışıb və müstəqil ölkələrin əlaqələrinin genişləndirilməsi ilə sanksiyaların təsirinin zərərsizləşdirilməsinin mümkünlüyünü vurğulayıb.

Belarusun xarici işlər naziri Vladimir Maki də öz növbəsində Belarus hökumətinin İran İslam Respublikası ilə əldə etdiyi razılaşmaları həyata keçirmək iradəsini açıqlayıb və deyib:

"İki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı üçün yol xəritəsi tərtib edilib, İran və Belarus arasında Əməkdaşlıq üzrə Birgə Komissiyada yekunlaşdırılıb. Bunun həyata keçirilməsi iki ölkə arasında əməkdaşlığın sabit artımına gətirib çıxaracaq."

Xəbəri paylaş

VİDEOLAR