Belarusun baş naziri İran prezidenti ilə görüşüb

Belarusun baş naziri İran prezidenti ilə görüşüb

Belarusun baş naziri Roman Qolovçenko İrana səfəri çərçivəsində bu ölkənin prezidenti İbrahim Rəisi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Qolovçenko iki günlük səfər çərçivəsində bu gün İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

İbrahim Rəisi Belarusun baş naziri ilə görüşündə iki ölkə arasında münasibətlərin həmişə dostluq xarakteri daşıdığını, iki ölkə başçılarının son görüşlərində ikitərəfli əməkdaşlığının genişləndirilməsinin vurğulandığını bildirib və deyib:

"Müstəqilliyini qorumağa çalışan ölkələr arasında münasibətlərin inkişafı və möhkəmlənməsi əsassız və sərt sanksiyalara müqavimət üçün təsirli addımdır. İran İslam Respublikasının qəddar və misli görünməmiş sanksiyalara baxmayaraq, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə mühüm irəliləyiş əldə edib. Bu gün İran və Belarus bir-biri ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün müxtəlif və əhəmiyyətli imkanlara malikdir."

Belarusun baş naziri Roman Qolovçenko da bu görüşdə bildirib ki, İran İslam Respublikasının regional qarşılıqlı əlaqələrin gücləndirilməsinə yanaşması iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün yeni perspektiv yaradıb.

"Mənim səfərim İran və Belarus prezidentlərinin razılaşmaların icrasını sürətləndirmək göstərişlərinin ardından həyata keçirilir", deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR