Əbdüllətif Rəşid: İraq hər zaman Fələstinin yanındadır!

Əbdüllətif Rəşid: İraq hər zaman Fələstinin yanındadır!

İraq prezidenti Fələstin xalqının bütün qanuni hüquqlarına, o cümlədən işğal olunmuş bütün ərazilərdə paytaxtı Qüds olan müstəqil dövlətin yaradılmasına tam dəstəyini ifadə edib.

Az.rasthaber.com xəbər verir ki, İraq prezidenti Əbdüllətif Rəşid dünən Əlcəzairdə ərəb liderlərinin toplantısındakı çıxışında bildirib:

"İraq Fələstin xalqının paytaxtı Qüds olmaqla bütün ərazilərində öz müstəqil dövlətini qurmaq hüququnu dəstəkləmək mövqeyinə sadiqdir".

"Siyasi və iqtisadi böhrandan çıxmaq üçün Livandakı qardaşlarımıza dəstəyimizi də vurğulayırıq", - Əbdüllətif Rəşid bidirib.

İraq prezidenti Suriya və Yəmən məsələsinə də toxunaraq, Suriyada müxtəlif tərəflər arasında siyasi danışıqların tamamlanmasını dəstəklədiklərini və bu ölkənin birliyi, ərazi bütövlüyü və suverenliyini müdafiə etdiklərini bildirib.

O, həmçinin Yəməndəki müharibəni sona çatdıracaq siyasi həll istədiklərini də dilə gətirib.

Xəbəri paylaş

VİDEOLAR