Bayram Məmmədovun İstanbulda meyiti tapılıb

Bayram Məmmədovun İstanbulda meyiti tapılıb

Keçmiş siyasi məhbus Bayram Məmmədovun İstanbulda meyiti tapılıb

Rasthaber xəbər verir ki, Bayram Məmmədovun İstanbulda meyiti tapılıb. Onun hansı şəraitdə öldüyü məlum deyil.

Bayram Məmmədovun atası Fərman Məmmədov oğlunun öldüyünü BBC News Azərbaycancaya təsdiqləyib.

"Onunla sonuncu dəfə mayın birində danışmışdıq. Bizə dedi ki, bir həftəyə Bakıya gələcək. Hansı şəraitdə öldüyünü bilmirik və indi səfirliyə gedirik", - Bayram Məmmədovun atası Fərman Məmmədov deyib.

Onun ölüm xəbərini İstanbulda yaşayan dostları yayıb və polisin onlara məlumat verdiyini deyiblər.

B. Məmmədov sosial şəbəkələrdə "heykəl məhbusu" kimi tanınırdı.

Xəbəri paylaş

VİDEOLAR